Şirin Ebadi Bakıya gəlir

  15 Aprel 2013    Oxunub : 443
Şirin Ebadi Bakıya gəlir
Şirin Ebadi Cənubi Qafqaz Forumunda iştirak edəcək
Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı almış Şirin Ebadi mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Şirin Ebadi Bakı neftinin kapitalı əsasında yaradılmış Nobel mükafatı alan ilk azərbaycanlıdır. Şirin Ebadiyə Nobel Sülh Mükafatı 2003-cü ildə demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları
uğrunda mübarizəyə görə verilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə Bakıda təşkil edəcəyi Cənubi Qafqaz Forumunda 200-dən artıq nüfuzlu elm adamları, strateqlər, eləcə də dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq
ölkə və hökumət rəhbəri, iştirak edəcək.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

Teqlər: