Bakının balkon problemi - VİDEO

Bakının balkon problemi - VİDEO
  13 İyun 2014    Oxunub:2254
Mənzillərə əlavə olunan tikililər təhlükə mənbəyidir.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, hazırda ölkəmizdə çox təsadüf olunan hallardan biri də vətəndaşların yaşadıqları bina evlərinə əlavə dəyişikliklərin edilməsidir. Yaşayış sahəsinin kiçikliyini səbəb gətirərək çox vaxt vətəndaşlar əlavə eyvanlar artırırlar. Təbii ki, edilmiş bu əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Hündürmərtəbəli yaşayış binalarında bu cür dəyişikliklərin edilməsi mümkünsüz olsa da, bu cür hallara demək olar ki, beşmərtəbəli binaların hamısında rast gəlinir.

Memar Aytəkin İmranovanın sözlərinə görə, bina layihələndirilən zaman bütün konstruksiyalar ölçülərək, üzərinə düşəcək ağırlıq hesablanır: “Qanunsuz olaraq tikiliyə edilən müdaxilə isə həm binanın ömrünü azaldır, həm də ərazidə yaşayanlar üçün təhlükə yaradır”.

Mənzil darısqallığı səbəbindən vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur.

Ekspertlər hesab edirlər ki, ancaq zəruri və razılıq əsasında bunu həyata keçirmək mümkündür. Vətəndaş tərəfindən yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıq və mütləq memar rəyi olmalıdır. Əgər tikiliyə edilmiş əlavə və dəyişiklik yüksək elektrik xəttlərinə maneə törədirsə, bu zaman qanunsuz tikiliyə cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə tikili və şəhərsalma qaydalarını pozarsa, tikinti sahibi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşımalıdır.


Teqlər:  





Xəbər lenti