Kəmaləddin Heydərov müavinini Gəncəyə göndərdi

Kəmaləddin Heydərov müavinini Gəncəyə göndərdi
  12 İyun 2014    Oxunub:3330
Fövqəladə hallar nazirinin müavini Orucəlu Hacıyev srağagün baş verən təbii fəlakətlə əlaqədar Gəncə şəhərinə baş çəkib.
Şəhər icra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, nazir müavini Gəncədə yerli sakinlərlə görüşüb, zərər çəkən ərazilərdə olub.

“Artıq Gəncənin elektrik enerjisi ilə bərpası tam başa çatıb. Təbii qazın verilməsində isə 90 faiz iş görülüb. Kökündən qoparaq aşan və yolları bağlayan ağaclar da əsas küçə və prospektlərdən təmizlənib. Yollarda avtomobillərin hərəkəti üçün əsaslı maneə yoxdur. Qasırğa nəticəsində evləri ciddi zərər görən sakinlər Şəhər İcra Hakimiyyətinin başçsı Elmar Vəliyev tərəfindən qəbul edilib. Eyni zamanda fövqəlada hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti yerdəki vəziyyətlə tanış olmaq üçün zərərçəkmiş məkanlarda olub, sakinlərlə görüşüb. Məlumata görə, hazırda dəymiş ziyan hesablanır”.

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Gəncə və ətraf rayonlarında güclü leysan və qasırğa olub. Təbii fəlakət nəticəsində şəhərə ciddi ziyan dəyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti