Prorektor: “Prezidentə elə şey yazmamışam”

Prorektor:  “Prezidentə elə şey yazmamışam”
  15 Aprel 2013    Oxunub:5315
“İndi gedirəm “Yeni Müsavat” qəzetinin redaksiyasına rəsmi qaydada deyim ki, bunu mən yazmamışam”.
Bunu AzVision.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin (SDU) Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Namazov deyib. Prorektor bildirib ki, belə bir məktub yazmayıb və bu yalandır.

“Onlar kimlərdisə rektor Nadir Qəhrəmanovla araları yoxdu, onların özləri bunu yazıblar. Ümumiyyətlə belə bir şey yoxdur. Dəli deyiləm ki, elə bir şikayət yazım”-deyə N.Namazov vurğulayıb.

Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Vüsal Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, məktubla bağlı açıqlama veriləcək.

“Mətbuatda yazılan məktubla bağlı məlumat var. O, məsələ dəqiqləşdirildikdən sonra əlavə məlumat veriləcək”-deyə SDU-nun mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin (SDU) Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Rza oğlu Namazov prezidentə açıq məktub yazıb. “Yeni Müsavat”a göndərilən məktubda o, bu elm ocağında baş verənlərdən, universitetdə yığılan rüşvətdən danışılır.

Anar


Teqlər:  





Xəbər lenti