Prezident 3 milyon pul ayırdı

Prezident 3 milyon pul ayırdı
  11 İyun 2014    Oxunub:741
Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti