“Qızılım, gümüşüm, pulum gedib” – İcra başçısı

“Qızılım, gümüşüm, pulum gedib” – İcra başçısı
  11 İyun 2014    Oxunub:1010
“Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməyəcək ki? İnsanlar özləri də başa düşməlidri ki, bütövlükdə rayona ziyan dəyib”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Daşkəsən rayonun icra başçısı Əhəd Abıyev bildirib.

Ötən yağan leysan yağışından sonra rayona ciddi ziyan dəydiyini deyən icra başçısı bəzi sakinlərdən narazılıq edib.

“Ötən gün yağan dolu yağışından sonra rayona çox güclü ziyan dəyib. İlk dəfə idi ki, belə dəhşətli dolu yağırdı. Yollar və elektrik xətləri yararsız hala düşüb. Təxminən qaz yumurtası boyda dolu yağırdı. Bu da Allahın işidir, qarşısını almaq mümkün deyil.

Ziyan dəyən əhaliyə kompensasiyanın ödənilməsinə gəlincə, deyə bilərəm ki, bu işlə müvafiq komissiya məşğul olur və məsələyə baxılacaq, nə lazımdısa köməklik olacaq”.

Ə.Abıyev bəzi insanların hadisədən sui-istifadə etmək istədiyini də gizlətməyib.

“Qonşu rayonlardan yay mövüsümü ilə əlaqədar yaylağa gələn bəzi çobanların mal-qarasına ziyan dəyib. Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməməlidir ki? Onlar özləri də başa düşməlidir ki, bütövlükdə rayona ziyan dəyib. Mənim işim rayonda yolu, qazı, suyu, işığı, insanalrın evlərinin dam örtüyünü bərpa etməkdir. Ayrı-ayrı rayondan gələn fermer təsərrüfatları olanalra mal-qara ala bilmərik. Eləsi var deyir ki, qızıl-gümüşüm, pulum gedib. Cibində pulu saxlaya bilmirsənsə, özün necə qalmısan? Belə həyəsızcaslına hərəkət etmək olmaz. Mən vəzifəmi icra edirəm, rayon sakinlərinə dəyən ziyanı ödəyirəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti