15 rayonda qaz olmayacaq

15 rayonda qaz olmayacaq
  11 İyun 2014    Oxunub:1711
Azərbaycanın bir sıra rayonlarda qaz fasilələrlə veriləcək.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Bakının Nərimanov rayonunun bir hissəsinə, qaz nəqli sistemində görülən işlər və 720 mm-lik “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11-13 iyunadək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda, 10 iyunda Gəncə şəhərində baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsilik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti