Gəncəyə dəyən ziyan FOTOLARDA

Gəncəyə dəyən ziyan FOTOLARDA
  11 İyun 2014    Oxunub:1096
Ötən gün axşam aat 22-00-da başlayann və 22 dəqiqə davam edən qasırğa Gəncə şəhərində böyük fəsadlar törədib.

Bu barədə AzVision.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində yüzlərlə qədim ağacları aşırıb, 700-dən çox evin dam örtüyünə zərər yetirib, şəhərin elektrik və qaz təchizatında problemlər yaranıb. Çox sayda dayanacaq və işiq dirəkləri yaraşıq hala düşüb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İnsan təlafatı yoxdur.

Məlumata görə, gecə yarısına qədər şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Gecə 01:30 radələrindən sonra enerjinin verilişi və avtomobillərin hərəkəti bərpa olunub. Gəncə şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən səhərə qədər qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Hal-hazırda da bu fəaliyyət davam etdirilməkdədir.

Bununla əlaqədar İcra Hakimiyyətində 700 müraciət daxil olunub. 3 gün ərzində hər bir saatdan bir vətəndaşların qəbulu keçiriləcək. Xüsusi komissiya tərəfindən bütün faktlar araşdırılacaq və vətəndaşlara yardım göstəriləcək.

Sevinc İltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti