Gəncədə qasırğa - yaralılar var+YENİLƏNİB

Gəncədə qasırğa - yaralılar var+YENİLƏNİB
  11 İyun 2014    Oxunub:1436
Bu gün Gəncədə axşam saatlarında güclü külək fəsadlar törədib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində bir neçə ağac aşırıb, bəzi evlərin dam örtüyünə zərər yetirib, şəhərin elektrik təchizatında problemlər yaranıb.

Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb.

Məlumata görə, şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.




Teqlər:  





Xəbər lenti