24 yaşlı gənc dənizdə öldü

24 yaşlı gənc dənizdə öldü
  10 İyun 2014    Oxunub:1061
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 35 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

B.Sevdimalıyevin cəsədi batdığı yerdən, təxminən, 5000 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti