Sabah 26 dərəcə isti olacaq

Sabah 26 dərəcə isti olacaq
  14 Aprel 2013    Oxunub:1839
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 6-9° isti, gündüz 16-21° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 20-25°, bəzi yerlərdə 27°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Temperaturun gecə 2-7° isti, gündüz 9-14°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaqdır. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacağı gözlənilir. Temperaturun gecə 8-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti