“Xiffət çəkmirəm” - Novruz Məmmədov

“Xiffət çəkmirəm” - Novruz Məmmədov
  18 Sentyabr 2023    Oxunub:647
Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov vəzifədə olduğu illərlə, çalışdığı qurumla bağlı müsahibə verib.
AzVision.az xəbər verir ki, “R TV” internet kanalına danışan keçmiş Baş nazirin sözlərinə görə, heç bir zaman vəzifə xiffəti çəkməyib.

Dəfələrlə təklif olunan vəzifələrdən imtina ediyini deyən sabiq baş nazir qeyd edib ki, vəzifədə olduğu müddətdə qarşısında diz çöküb əlaqə qurmaq istəyənlər olub: “Onlardan bəziləri indi də vəzifədədilər. Mənə “xahişə gələnlər” az idi, çünki bilirdilər ki, elə işlərlə məşğul olmuram. Pul müqavilində “müxtəlif işlər” görənləri işdən çıxarmışdım”.

Qeyd edək ki, N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

AzVision.az


Teqlər: NovruzMəmmədov  






Xəbər lenti