`Ermənilərin hücum xəbəri yalandır` - NAZİRLİK

`Ermənilərin hücum xəbəri yalandır` - NAZİRLİK
  07 İyun 2014    Oxunub:779
Müdafiə Nazirliyi KİV-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda bildirilir ki, "Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır".

AzVision.az


Teqlər:  





Xəbər lenti