Prezident nazirliyə pul ayırdı

Prezident nazirliyə pul ayırdı
  06 İyun 2014    Oxunub:1000
Prezident İlham Əliyev Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalama tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 13,5 milyon (on üç milyon beş yüz min) manat, habelə Süni Mayalama Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.




Teqlər:  





Xəbər lenti