Prezident kasıblayıb

Prezident kasıblayıb
  13 Aprel 2013    Oxunub:1354
Obama bir il ərzində Putindən 3 dəfə çox qazanıb
Ötən il ərzində ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel 608 min 611 dollar qazanıblar. Bu barədə AzVision.az Ağ Evin açıqladığı vergi deklarasiyasına əsasən xəbər verir. 2011-ci ildə Obamalar 200 min dollar az pul qazanıblar, 2010-cu ildə isə gəlirləri 1.7 milyon olub. Beləliklə də Obamanın Putindən 3 dəfə çox qazandığı məlum olur. Qeyd edək ki, Rusiya prezidentinin illik gəliri 190 min dollardır.

Bununla yanaşı Obanın gəlirlərini elə də yüksək adlandırmaq olmaz. Belə ki, deklarasiyaya əsasən son 4 il ərzində ABŞ prezidentini gəlirləri təxminən 4 dəfə azalıb. 2009-cu ildə Obama 5 milyon yarım dollar qazanıb.

Müqayisə üçün deyək ki, ildə 2.5 milyon gəliri olan Ukrayna prezidenti Viktor Yanukoviç onu qabaqlayır. Ukrayna prezidentinin illik maaşı 97 min dollar olsa da təkcə bank hesablarının faizləri hesabına Yanukoviçin gəliri yarım milyon dollar artıb. Daha iki milyon dollar isə Ukrayna prezidenti yazdığı kitabdan gələn qonorar hesabına əldə edib.

Ağ evin saytında yer alan məlumata görə 2012-ci ildə Barak Obama 112 min dollar vergi ödəyib. Təqribən 150 min dolları Obama xeyriyyə məqsədilə xərcləyib.

ABŞ-ın vitse prezidenti Cozef Bayden və onun xanımı Cil isə 2012 –ci ildə 385 min dollar qazanıblar. Bu ailə əlavə olaraq 88 min dolar vergi ödəyib.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti