500 kq ərzaq məhv edildi

  12 Aprel 2013    Oxunub : 404
500 kq ərzaq məhv edildi
Saxlama müddəti ötən ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Qaradağ, Nərimanov, Sabunçu rayonlarında, Gəncə, Sabirabad şəhərlərində, Tovuz, Salyan rayonlarında aparılan yoxlamalar zamanı 500 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Teqlər: