ABŞ-Rusiya arasında narazılıq yarandı

ABŞ-Rusiya arasında narazılıq yarandı
  12 Aprel 2013    Oxunub:1225
Birləşmiş Ştatlar raketdən müdafiə sistemləri ilə bağlı Moskvaya hüquqi təminat vermək niyyətində deyil.
Birləşmiş Ştatlar Rusiya ilə raketdən müdafiə sistemləri üzrə əməkdaşlığı özünə prioritet hesab edir, lakin Moskvaya hüquqi təminat vermək niyyətində deyil. ABŞ dövlət katibinin köməkçisinin müavini Frenk Rouz belə bir məlumat verib.

“Rusiya təkidlə Ağ Evdən ona təminat verməsini istəyir. Bununla da Rusiya ABŞ-ın raketdən müdafiə sistemlərinin Rusiyanın strateji müdafiəsi üçün təhlükəli olmadığına əmin olmaq istəyir. Biz isə hesab edirik ki, hüquqi təminat yox, bizimlə əməkdaşlıq heç bir təhlükənin olmadığına əmin olmaq üçün yetərlidir. Rusiya narahat olmaya bilər” –deyə Amerika diplomatı qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti