Nəticələr açıqlandı: 2 nəfər 700 bal topladı

Nəticələr açıqlandı: 2 nəfər 700 bal topladı
  04 İyun 2014    Oxunub:819
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.
Bu barədə AzVision.az-a TQDK-dan məlumat verilib. İmtahan nəticələri komissiyanın rəsmi saytında yerləşdirilib.

TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 48387 abituriyentdən 4363 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv edilib. TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 44014 abituriyentin imtahan nəticələri yerləşdirilib. 2 abituriyent təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə -700 bal toplayıb. Onlardan biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərib.

Qeyd edək ki, sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunub.

Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti