TQDK müraciət etdi

TQDK müraciət etdi
  03 İyun 2014    Oxunub:1094
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 13 iyun tarixində keçiriləcək buraxılış imtahanında (Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd) iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sagird2014/ keçidinə daxil olaraq çap edə bilərlər.

Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


Teqlər:  





Xəbər lenti