Piyada keçidinin uçması ilə bağlı rəsmi Açıqlama

Piyada keçidinin uçması ilə bağlı rəsmi Açıqlama
  03 İyun 2014    Oxunub:690
Daxili İşlər Nazirliyi (DİN) yükqaldırıcı kranın piyada keçidinə çırpılması ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, iyunun 2-də saat 19 radələrində Səbail rayonu Salyan şosesində Şabran rayon sakini Tofiq Balabəyov idarə etdiyi “MAZ” markalı yükqaldırıcı kranı piyada keçidinə vurub.

Nəticədə keçid aşaraq hərəkətdə olan Bakı şəhər sakini İlkin Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin üzərinə düşüb. İ. Hüseynov xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti