Jirinovskinin kosmosa göndərmək istədikləri

Jirinovskinin kosmosa göndərmək istədikləri
  12 Aprel 2013    Oxunub:1462
“Qoy getsinlər bir az da başqa planetlərdə yaramazlıq etsinlər”
Rusiyanın Liberal Deomkrat Partiyasının (LDPR) lideri yenə öz qeyri-adi bəyənatları ilə mətbuatın gündəmini ələ alıb. O, “Başqa Rusiya” Partiyasının lideri müxalifətçi Eduard Limonovun cəriməsini ödəməyə hazır olduğunu bəyan edib. “O, islah olmaqda əziyyət çəkməsin deyə, cərimə ödəməyə hazıram” –deyə Jirinovski Dumada jurnalistlərə bildirib.

Əlavə olaraq qeyd edib ki, artıq bir dəfə həbsə məhkum edildiyinə görə, Limonova yazığı gəlir-” Yazıqdır, həbsdə olub, həm də ki, əvvəllər LDPR-də “staj”keçib.”

Jirinovski , həmçinin Kosmonavtika günü münasibətilə Nemtsov, Navalnov və Ponomaryevi kosmik ekspedisiyaya göndərməyi təklif edib. “Qoy getsinlər bir az da başqa planetlərdə yaramazlıq etsinlər”- partiya lideri deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti