“Mangal Steak House” komandası Avropada məharətini göstərib - FOTOLAR

“Mangal Steak House” komandası Avropada məharətini göstərib -    FOTOLAR
  25 May 2023    Oxunub:1042
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar son günlərdə Avropa ölkələrində keçirilən tədbirlərdə “Mangal Steak House” restoranın komandası milli mətbəximizi layiqincə təmsil edib. Belə tədbirlər İsveçrədə, İtaliyada, Vatikanda təşkil olunub.

Ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Rəşad Aslanov xalqımızın ümummilli liderinin siyasi və dövlətçilik fəaliyyətindən danışıb, onun ideya və arzularının uğurla həyata keçirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın uğurla inkişaf etdiyini, dünyada və Avropada etibarlı tərəfdaş kimi tanındığını bildirib.


Tədbirdə ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, həmçinin İtaliyada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.

Elşad Nuriyevin başçılıq etdiyi “Mangal Steak House” komandasının üzvləri - aşpazlar İsak Temel və Tural Kərimli hazırladıqları dadlı təamlar və göstərdikləri yüksək xidmət mədəniyyəti ilə tədbir iştirakçılarında xoş təəssürat yaradıblar. Onlar milli mətbəximizin zənginliyini və füsunkarlığını böyük fəxrlə nümayiş etdiriblər.







Teqlər: Kulinariya  





Xəbər lenti