Məcburi köçkünlər üçün məhəllə salınır

Məcburi köçkünlər üçün məhəllə salınır
  12 Aprel 2013    Oxunub:1210
"Yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək, daha 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaq”.
Bu sözləri Mingəçevir şəhərində məcburi köçkünlərlə görüş keçirən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir.

"Ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu qəsəbəsində 500 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir.

Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdiriliblər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bugünədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülüb”./apa/


Teqlər:  





Xəbər lenti