Xoşqədəm danışdı: “Güllə maşına dəydi”

Xoşqədəm danışdı: “Güllə maşına dəydi”
  27 May 2014    Oxunub:1032
Suriyada güllə aldığı deyilən məşhur aparıcı Xoşqədəm Hidayətqızı yayılan məlumatlara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, ATV televiziyasının canlı efirinə qoşulararq onun haqqında yayılan məlumatlara aydınlıq gətirdi: .

"Günorta saatlarında televiziyaya canlı qoşulmuşduq. Bu zaman atəş səsləri eşidildi. Mən də məcbur olub telefonu söndürdüm, ancaq bizi müşayiət edən maşına güllə dəydi, biz də tez ərazini tərk etdik və bir neçə saat telefonu bağlı saxladıq. Hazırda çəkilişimiz davam edir və hər şey öz qaydasındadır", - deyə aparıcı canlı efirdə bildirib.

Qeyd edək ki, Suriyanın Hələb şəhərində `Səni axtarıram` verilişinin çəkilişlərini həyata keçirlən Xoşqədəm Hidayətqızı ilə canlı efir zamanı əlaqə kəsilib və onların maşınları gülləbaran edilib.


Teqlər:  





Xəbər lenti