Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi
  27 May 2014    Oxunub:3951
Yaşar İsakov Penitensiar xidmət rəisinin Mətbuat məsələləri üzrə köməkçisi təyin edilib.
Tanınmış jurnalist, Press24.az saytının baş redaktoru Yaşar İsakov Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Mətbuat məsələləri üzrə köməkçisi təyin edilmişdir.
Yaşar İsakov “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, “Day.az”, “1News.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Qeyd edək ki, Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyində çalışıb, Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib. (İnterpress.az)


Teqlər:  





Xəbər lenti