İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  26 May 2014    Oxunub:1079
Prezident İlham Əliyev Çin Xalq Respublikasının prezidentinə başsağlığı verib.
Başsağlığında deyilir:

Urumçi şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi.

Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.



Teqlər:  





Xəbər lenti