Xoşqədəm Suriyadan mesaj yazdı - YENİLƏNİB

Xoşqədəm Suriyadan mesaj yazdı - YENİLƏNİB
  26 May 2014    Oxunub:2070
ATV-nin redaktoru Vüqar Bektaşın Anspress-ə verdiyi məlumata görə, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub.

Atəşdən sonra əməkdaşzlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.

Aparıcının ayağından xəsarət aldığı bildirilir.

***

AzVision.az hadisə ilə bağlı ATV kanalının sözçüsü Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O bu xəbəri təsdiq edib və bildirib ki, hadisədən sonra aparıcı və onun köməkçiləri ilə əlaqə saxlaya bilmirlər.

V.Aydınoğlunun sözlərinə görə, X.Hidayətqızının vəziyyəti ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur.

***

Suriyada hücuma məruz qalan jurnalist Xoşqədəm Hidayətqızından nəhayət xəbər gəlib. AzVision.az xəbər verir ki, jurnalist rəhbəri olduğu `Üç nöqtə` qəzetinin redaktoru Elməddin Muradlıya mesaj yazaraq sağ-salamat olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti