Sloveniyadan Azərbaycana təbrik

Sloveniyadan Azərbaycana təbrik
  26 May 2014    Oxunub:1300
Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

`Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edir, xoş arzularımı çatdırır, ölkənizə hərtərəfli inkişaf və rifah diləyirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm`.




Teqlər:





Xəbər lenti