Avropa İnsan Haqları Məhkəməsinin `ədaləti` – İNFOQRAFİKA

Avropa İnsan Haqları Məhkəməsinin `ədaləti` – İNFOQRAFİKA
  26 May 2014    Oxunub:4542
Avropa İnsan Hüquqları Məhkəməsi `İlqar Məmməmədovun işi`nə necə çevik və operativ baxması ilə bizi xeyli təəccübləndirdi. Xüsusilə də ona görə ki, qat-qat vacib və lazımlı olan məsələləri AİHM illərlə süründürür. Məsələn, həmin məsələlərdən biri `Çıraqov və başqaları Ermənistana qarşı` işidir.

Laçın rayonundan olan Azərbaycanlı qaçqınlar 2005-ci ilin aprelin 6-da AİHM-də iddia qaldırıblar. `Çıraqov və başqaları Ermənistana qarşı` adı ilə məşhur olan bu iş 5 il sonra (!) - 2010-cu il martın 9-da məhkəmənin Böyük Palatasına verilib. Daha 1 il 8 ay sonra, 2011-ci il dekabrın 14-də məhkəmə şikayəti baxılmaq üçün məqbul sayıb. Aradan 3 il də ötüb və 2014-cü il yanvarın 22-də iş üzrə hələ ki son dinləmə keçirilib. Bu dövrdə iddiaçılardan biri Avropa Məhkəməsinin `ədalətini` görmədən artıq dünyasını dəyişib...

Yəni iddia ərizəsinin Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmasından 9 ildən çox vaxt keçib, amma son qərar hələ də açıqlanmayıb!!!

REAL-çı İlqar Məmmədovun işi isə bununla müqayisədə heyrətamiz dərəcədə operativ və sürətli keçib. Fikir verin: 2013-cü il fevral ayında iddia Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Həmin ilin aprelində AİHM iş üzrə kommunikasiyaya başlayıb. Bu ilin mayın 22-də isə son qərar artıq açıqlanıb! Cəmi 1 il 2 ay.

Niyə bir məhkəmə illərlə süründürüldüyü halda, o biri bu dərəcədə operativ həll edilib? Sual əslində ritorikdir. Çünki birinci məsələ Azərbaycanın maraqalarına uyğundur, onun həlli Ermənistana hüquqi zərbə olacaq. İkinci məsələ isə əksinə, Azərbaycana təzyiq göstərmək üçün əsas yarada bilər.

Yəqin, ona görə AŞ PA-nın Bakıda keçiriləcək Büro iclası ərəfəsində tez-tələsik qərar qəbul olundu ki, Bakıda avropalı parlamentarilərin bizə qarşı ittiham səsləndirmək üçün hüquqi əsasları olsun. Və insafla demək lazımdır ki, onlar da bu imkandan maksimum istifadə etdilər. İlqar Məmmədovun məsələsi sanki AİHM-in AŞPA-ya ötürdüyü pas idi ki, ikincilər onu bzim qapımıza vurmağa cəhd etdilər. Amma alınmadı; əksinə, məlum oldu ki, AİHM də siyasi sifarişlə oynayan qurumlardan biri imiş...

Tariyel Həsənov
AzVision.az





Teqlər:  





Xəbər lenti