"Ağ Ev"in partladılacağı xəbəri gəldi

"Ağ Ev"in partladılacağı xəbəri gəldi
  11 Aprel 2013    Oxunub:1438
Vaşinqtonda səhər saatlarında polisə edilən zəng aləmi bir-birinə vurub.
Buna səbəb Kşiştof Vlasik adlı şəxsin asayiş keşikçilərinə "Ağ Ev"in partladılacağı ilə bağlı xəbəri olub. Vlasik bildirib ki, bina yaxınlığında içi partlayıcı ilə dolu yük avtomobili dayanıb və yaxın dəqiqələrdə güclü partlayış gözlənilir. Dərhal hərəkətə keçən polis və xüsusi xidmət orqanları bütün ərazini mühasirəyə alıb və axtarışlar başlayıb. Ətraf küçələrin və yaxınlıqdakı metro stansiyasının girişləri bağlanıb.

Lakin qısa zaman ərzində nə yük maşını, nə də bomba aşkarlanıb. Polis bundan sonra 44 yaşlı Vlasiki yanlış həyəcan siqnalı verdiyinə görə həbs edib. Saxlanılan şəxs isə bildirib ki, məqsədi hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq olub. Hazırda Ağ ev dvrəsindəki küçələr açılıb gediş-gəliş bərpa olunub.



Teqlər:





Xəbər lenti