`Zərərli dini cərəyanlarla mübarizə aparmalıyıq` - YAP Qadınlar Şurasının sədri

`Zərərli dini cərəyanlarla mübarizə aparmalıyıq` - YAP Qadınlar Şurasının sədri
  24 May 2014    Oxunub:872
`Azərbaycanda din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalı, nəzarət gücləndirilməlidir`. Bu sözləri Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında çıxışı zamanı Şuranın sədri Nurlana Əliyeva söyləyib.
N.Əliyeva bildirib ki, gənclərimiz vətənpərvər ruhda böyüməli, yüksək təhsil almalıdırlar: "Gənclərin milli-mənəvi ruhda tərbiyəsi çox vacibdir".

Onun sözlərinə görə, Azərbaycanın bəzi ucqar bölgələrində azyaşlı qızların təhsil sistemindən ayrılaraq ərə verilməsi narahatlıq doğurur, bu sahədə maarifləndirmə işləri aparılmalıdır.

N.Əliyeva YAP Qadınlar Şurasının ötən dövr ərzində bu problemlərə rast gəlinən Salyan, Astara, Lənkəran və digər bölgələrdə maarifləndirmə xarakterli tədbirlər keçirdiyini bildirib.

Qeyd edək ki, YAP Qadınlar Şurasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçiləcəyi konfransda 84 rayondan 358 nəfər iştirak edir.

Xatırladaq ki, konfrans iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər (Trend).


Teqlər:  





Xəbər lenti