Hava buludlu olacaq

Hava buludlu olacaq
  11 Aprel 2013    Oxunub:1291
Rayonlarımızda gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq, şimşək çaxacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi mülayimləşəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında Aprelin 11-də əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti