Krımda azərbaycanlıların qalıqları aşkarlanıb

Krımda azərbaycanlıların qalıqları aşkarlanıb
  23 May 2014    Oxunub:1016
Krımda1944-cü ildə Böyük Vətən müharibəsi zamanı ölən azərbaycanlı-qızıl ordu əsgərlərinin qalıqlar aşkarlanıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu qalıqların kimə məxsus olması da artıq aşkarlanıb.

Qalıqlardan biri 1924-cü il təvəllüdlü Xudam Əlişirin oğlu Miriyevdir. O, Cəlilabad rayonu Mikayıllı kəndində anadan olub. O, 26 yanvar 1944-cü ildə həlak olub.

Digər əsgərin qalıqları isə Əliağa Ramazanoğlu Süleymanova aiddir. O, Xızı rayonunun Giləzi9 kəndində anadan olub. “Döyüş xidmətlərinə görə” medalı ilə mükafatlandırılıb (Medal onun üzərində aşkarlanıb). 26 yanvar 1944-cü ildə həlak olub.
Qeyd edək ki, hər iki həmyerlimizin qalıqları axtarış qrupları tərəfindən aşkarlanıb və emal olunub. Axtarış qrupu həmyerlilərimizin qalıqlarını onların qohumlarına və ya Azərbaycan dövlətinin nümayəndələrinə təhvil verməyə hazırdır.

Bununla əlaqədar olaraq layihənin kordinatoru Nevajin Serqey Aleksandoroviç (savash.freeforums.org) 1944-cü il döyüşləri zamanı həlak olan azərbaycanlıların qohumlarının tapılması məqsədilə Cəlilabad və Xızı rayonları sakinlərinin icra hakimiyyətlərinin kömək etmək məqsədilə müraciət edib.

Azərbaycanlılar haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar:

BURA DAXİL OLUN

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti