Rusiya Belarusda nüvə silahı yerləşdirir – VİDEO

   Rusiya Belarusda nüvə silahı yerləşdirir –    VİDEO
  26 Mart 2023    Oxunub:1505
Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi istiqamətində bütün hazırlıqlar başa çatıb. Bu haqda Rusiya prezidenti Vladimir Putin ölkə mediasının suallarını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə artıq Belarusun 10 təyyarəsi nüvə silahını daşıya və tətbiq edə bilmək üçün Rusiyanın köməyilə yenidən təchiz olunublar. “Bizim Belarusa verdiyimiz məşhur “İskəndər” kompleksimiz də nüvə silahının daşıyıcısı ola bilər” – Putin əlavə edib.



Rusiya prezidenti bildirib ki, Belarus ərazisində taktiki nüvə silahının saxlanılması üçün xüsusi anbarın tikintisi iyulun 1-də başa çatacaq.

“Belarusda taktiki nüvə silahının yerləşdirilməsi beynəlxalq normaları pozmadan baş verəcək. Çünki Minsk həmin silaha nəzarət imkanı əldə etməyəcək”,- Putin deyib.

Tariyel Həsənov
AzVision.az




Teqlər: Rusiya   Nüvə  





Xəbər lenti