Latviya–İsrail matçı azərbaycanlı hakim idarə edəcək

Latviya–İsrail matçı azərbaycanlı hakim idarə edəcək
  22 Mart 2023    Oxunub:958
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
AzVision.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.

E.Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər. Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti