ANS-in MTRŞ-a cavabı: “Mirşahinə zəng edin”

ANS-in MTRŞ-a cavabı: “Mirşahinə zəng edin”
  22 May 2014    Oxunub:1050
ANS Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanala maliyyə yardımını dayandırmasından xəbərsizdir.
Bunu AzVision.az açıqlamasında ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib.

MRTŞ-ın qərarından bixəbər olduğunu deyən M.Məmmədov məsələ ilə bağlı danışmaq istəmədiyini deyərək bu barədə ANS-in vitse-prezidenti Mirşahin Ağayevə zəng etməyimizi tövsiyə edib.

Mirşahinlə əlaqə saxlamağa çalışsaq da o, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli publika.az-açıqlamasında bildirib ki, milli televiziya filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını dayandırıb. Onun sözlərinə görə, ötən ilin aprelində televiziya kanallarına ayrılan 6 milyon manat vəsait ANS televiziya kanalı tərəfindən təyinatı üzrə xərclənməyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti