Kamal Abdulla İmamzadədə - FOTOLAR

Kamal Abdulla İmamzadədə - FOTOLAR
  22 May 2014    Oxunub:1916
Gəncədə tolerantlıq və multikulturalizm mövzusunda tədbir keçirilib
AzVision.az xəbər verir ki, ölkədə dini tolerantlığın və multikultralizmin mövcud vəziyyətini regionlar üzrə dəyərləndirmək və cəmiyyətin ziyalılarını millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırmaq məqsədi ilə bölgələrdə silsilə görüşlər keçirilir.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi Gəncədə tolerantlıq və multikulturalizm mövzusunda şəhər ziyalıları ilə görüş keçirib. Tolerant və multikultural ölkə kimi Azərbaycanın dünyaya nümunə olması tədbirdə önə çəkilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla prezident yanında Bilik Fondunun və Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin yaranması ilə bağlı prezident fərmanlarının son dərəcə böyük ideoloji və siyasi rolunu qeyd edərək, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri sistemləşdirməyin əhəmiyyətini vurğulayıb.

Kamal Abdulla bildirib ki, bu dəyərləri qoruyub-saxlamaq, inkişaf etdirmək üçün müxtəlif regionlarda və şəhərlərdə ziyalı, tələbələrlə yanaşı müxtəlif yaş təbəqələrinə mənsub insanlarla görüşmək ehtiyacı var: “Elə bilirəm ki, səmimi dialoq şəklində keçirilən görüşlər ikitərəfli faydalanmağa və hər iki tərəfin zənginləşməsinə, bu istiqamətdəki biliklərimizin artırılmasına böyük təkan verə bilər.”

Yığıncaqda Qərb-Azərbaycan münasibətlərində ölkəmizin tolerantlıq mövqeyinin xüsusi yer tutduğu önə çəkilib. Eləcə də prezident İlham Əliyevin hədəf kimi göstərdiyi istiqamətlərə doğru bütöv cəmiyyət olaraq görüləsi işlərdən də danışılıb.

Yığıncaqdan sonra AR millərlərarası, multikulturalogiya və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və din xadimləri Şah Abbas Cümə məscidinə, İmamzadə ziyarətgahına və rus klisəsinə baş çəkiblər.

Qalereya




Teqlər:





Xəbər lenti