Tramp 2 il sonra feysbuka qayıtdı

Tramp 2 il sonra feysbuka qayıtdı
  18 Mart 2023    Oxunub:1020
ABŞ-nin keçmiş prezidenti Donald Tramp feysbuka qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə D. Tramp sözügedən sosial şəbəkədə elan edib.

Amerikalı siyasətçi keçmiş çıxışlarından fraqmentləri əks etdirən videorolik paylaşıb.

“Gözlətdiyimə görə üzr istəyirəm. Çətin işdir, çox çətin”, - rolikdəki çıxışlarından birində bildirib.

Xatırladaq ki, Donald Tramp 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra feysbukda əngəllənib. Cari ilin əvvəlində əngəl aradan qalxsa da, Trampın feysbuka qayıdışı martın 17-də baş tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti