Aynar Məmmədov ifadə verdi

Aynar Məmmədov ifadə verdi
  22 May 2014    Oxunub:902
Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub. Xəbərə görə, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.

Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu daxili işlər naziri Ramil Usubovla görüşündə də bəyan etmişdi.




Teqlər:  





Xəbər lenti