“Əli Bayramov işdən çıxarılmayıb” – Nazirdən EKSKLÜZİV AÇIQLAMA

“Əli Bayramov işdən çıxarılmayıb” – Nazirdən EKSKLÜZİV AÇIQLAMA
  21 May 2014    Oxunub:1391
“Ərizəyə baxılır, qərar verməmişik”

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovun işdən çıxması ilə bağlı qərarına münasibət bildirib.

Nazir AzVision.az-a eksklüziv açıqlamasında Əli Bayramovun rəsmi şəkildə işdən azad olunmadığını vurğulayıb.

“Sizə kim deyib ki, Əli müəllim işdən azad olunub? Sadəcə olaraq, səhhəti ilə bağlı bizə müraciət edib. Hələ ərizəyə baxılır. Qərar verməmişik”-deyə nazir bildirib.

H.Əsədov Əli Bayramovun işdən azad olunacağı təqdirdə yerinə kimin təyin olunacağı haqda hələ danışmağın tez olduğunu deyib.

Qeyd edək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov “Media forum” saytına açıqlamasında öz ərizəsi ilə işdən çıxdığını bildirib.

Onun sözlərinə görə, artıq “Aqrolizinq”ə sədr əvəzi təyin olunub. “Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək”.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:





Xəbər lenti