Putin itləri ilə qarda stress atdı - FOTOLAR

Putin itləri ilə qarda stress atdı - FOTOLAR
  11 Aprel 2013    Oxunub:5237
Vladimir Putin prezident iqamətgahına yaxın dağlıq sahədə itləri ilə qarda oynayaraq stress atdı
Rusiya prezidenti Vladimir Putin Almaniya və Hollandiya gəzintilərindən sonra Moskvadan kənarda kənarda yerləşən Novo Ogoryova prezident iqamətgahına yaxın dağlıq sahədə itləri ilə qarda qaçıb oynadı.

AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Putin Bolqarıstanın Baş naziri Boiko Borisovun 2010-cu ildə hədiyyə etdiyi Karakaçan cinsi iti Bufi və Yaponiya Akita Bələdiyyə sədrinin hədiyyə etdiyi Yuma adlı iki iti ilə qarda uşaqlar kimi əylənib.

Kremlin xüsusi fotoqrafçısının kadrlarına Putinin ilk iti Koninin düşməməsi diqqətləri cəlb edib. Mətbuata danışan Putinin Mətbuat katibi Dmitri Pesko yaşlı olduğu səbəbiylə Koninin şəkillərdə düşmədiyini bildirib. Peskov, "Koni yaşayır, amma yaşlı bir "qız ", ağır hərəkət edir. Şikəst olmaması digər gənc itlərdən uzaq tuturlar.

Koniyi Putinə 2000-ci ildə müdafiə naziri Sergey Şoyqu hədiyyə edib. İtin 12 yaşı olduğu bilinir.

Heyvanlara marağı ilə tanınan Putin, ata minməyi, balıq tutmağı sevir. Nəsli tükənməkdə olan Sibir pələngləri da Putinin xüsusi qorumasındadır. Putin son olaraq sentyabr 2012-ci ildə yolunu itirən durnalara köməkçi olmaq üçün planörle uçuş reallaşdırmış, sonra da belini incitmişti.

Qalereya




Teqlər:  





Xəbər lenti