Mili qəhrəman: “Bu gündən siyasətə qarışmıram”

Mili qəhrəman: “Bu gündən siyasətə qarışmıram”
  10 Aprel 2013    Oxunub:1398
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev siyasi fəaliyyətini dayandırması barədə bəyənat verib. Onun AzVision.az-a göndərdiyi bəyənatda deyilir:


- Bu günə qədər atdığım hər addımımda Vətənimin, xalqımın rifahını, dövlətimizin və dövlətçiliyimizin mənafeyini nəzərə almışam, yalnız haqq və ədalət prinsipləri əsasında qərarlar vermişəm. Müəyyən siyasi və ictimai qüvvələrlə əməkdaşlığım da həmin qüvvələrin mənimlə eyni əqidəni paylaşdığını, eyni prinsiplərlə yaşadığını hesab etdiyim üçün mümkün olub.
Fərqli əhval-ruhiyyə duyduğum insanlarla heç vaxt eyni yolu bərabər addımlamamışam. BXCP sıralarından istefa verdikdən sonra mənə əməkdaşlıq təklifi edən qurumlara siyasi fəaliyyətimə son verdiyimi desəm də, “El” Hərəkatı rəhbərliyi mənim adımı öz əməkdaşları sırasında hallandırmağa başlayıb.
Mən Azərbaycan xalqına xəyanət edən Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi insanların əqidəsini paylaşmıram və onlarla eyni təşkilatda təmsil olunmanı özümə, əqidəmə və xalqıma, bayrağımızın tapdanmasına dözməyib, erməni şovinistini qanına qəltan edən Ramil Səfərov kimi Vətən övladlarına təhqir hesab edirəm!

Mən bu gündən etibarən, ümumiyyətlə, heç bir siyasi fəaliyyətlə məşğul olmayacağımı rəsmən bəyan edirəm!
Bu yaşıma qədər haqq-ədalət uğrunda vuruşdum, amma hər yerdə xəyanətlə qarşılaşdım. Bundan sonrakı həyatımı isə siyasətdən uzaq halda yaşamaq istəyirəm.
Mən həmişə özümü Vətənimin, xalqımın əsgəri hesab etmişəm və bundan sonra da onun uğrunda silah götürüb vuruşmağa hər an hazıram.

Cəmşid


Teqlər:  





Xəbər lenti