Rayonlardan Oqtay Şirəliyevə şikayət

Rayonlardan Oqtay Şirəliyevə şikayət
  20 May 2014    Oxunub:801
“Ötən il Bərdə, Tərtər, Ağdam, Yevlax və Mingəçevirdən Səhiyyə Nazirliyinə 1000-dən artıq şikayət və ərizə daxil olub”.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, şikayətlərin əksəriyyəti əsassız olmayıb.

G.Poladov həmçinin qeyd edib ki, hazırda 500-ə yaxın özəl tibbi müəssisəsi və kabineti fəaliyyət göstərir:

“Azərbaycanda 600-dən artıq əczaçılıq (özəl) müəssisəsi fəaliyyət göstərir: “2013-cü ildə 376 özəl tibb müəssisəsinin lisenziya olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Bununla bağlı inzibati icraat işləri aparılıb”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti