Ermənilərin yeni “adaxlı” axtarışı – Ədalət Verdiyevin yazısı

   Ermənilərin yeni “adaxlı” axtarışı –    Ədalət Verdiyevin yazısı
  14 Fevral 2023    Oxunub:3185
Ermənistanın Rusiyadan "boşanaraq", molla İranı ilə siğə etdirməsi məcburi addımdır. Real şərait üçün bəlkə də qismən doğru hesab edilə bilər, çünki İrəvan və Tehranın regionda heç bir müttəfiqləri yoxdur. Odur ki, hər iki ölkə bir-birinə möhtacdırlar. Amma "bədbəxtlikdən doğan izdivac" orta və ya uzaq perspektivdə iflasa uğrayacaq, çünki bu yaxınlaşma tamamilə yanlış hesab üzərində qurulmuş plandır.
Əhalisi tərəfindən dəstəklənməyən İranın molla rejimi gec-tez süquta uğrayacaq. Tehranın mövcud siyasi vektorları hətta dövlətin bütövlüyünü də şübhə altına ala bilər. 40 milyon türkün yaşadığı İranın gələcək rəhbərlərinin də molla rejiminin siyasi xəttini davam etdirəcəyi inandırıcı deyil.

Azərbaycan və İranın tarixən bir neçə ortaq nöqtələri mövcud olub, bu gün də var, gələcəkdə də olacaq. Bu ortaq nöqtələr özünü yaxın gələcəkdə daha qabarıq göstərəcək. Ermənistan isə istəsə belə, İranla türk düşmənçiliyindən başqa tarixi ortaq nöqtələr yarada bilmir. Yaradılan miflər saxta xarakter daşıdığı üçün özünə tarixdə yer tapmır.


Bu yazıları da qaçırmayın:
“Tehranın razılığı olmadan səfirliyə hücum baş verə biməzdi” – Lativiyalı ekspert (VİDEO)
Dördayaqlı "mələk"lər: İtlər insanları necə xilas edirlər?
Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH

İranda yeni və mütərəqqi qüvvələrin hakimiyyətə gəlməsi, dövlət maraqlarını və ölkənin bütövlüyünü qorumaq məqsədilə müsəlman dövləti olan Azərbaycanla əməkdaşlığa üstünlük verməsi sonda Ermənistanın bu dəfə də Türkiyəyə "təhlükəsizlik qarantı ola biləcək yeni adaxlı" gözü ilə baxmasına gətirib çıxaracaq.

Rəsmi İrəvanın Türkiyəyə göndərildiyi yardımları da bu kontekstdən İrəvanın Ankara ilə gələcəkdə yaxınlaşması üçün "cehiz" formatında dəyərləndirə bilərik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: İran   Ermənistan  





Xəbər lenti