Yaponiya təşvişə düşdü

Yaponiya təşvişə düşdü
  10 Aprel 2013    Oxunub:1411
Şimali Koreyanın raket buraxması barədə xəbər İokoqama sakinlərini təşvişə salıb.
Yaponiyanın İkoqama şəhərinin rəhbərliyi İcra Hakimiyyətinin Twitter səhifəsində Şimali Koreyanın raket buraxması barədə xəbər yerləşdirdiyinə görə üzr istəyib.

20 dəqiqə sonra yalan olduğuna görə silinsə də xəbər şəhər sakinlərini təşvişə salıb.

“İomiuri simbun” qəzetinin məlumatına görə raketin buraxılması ilə bağlı xəbər vaxtından tez hazırlanıb və raket buraxılacağı təqdirdə yayılması nəzərdə tutulub, lakin səhvən yayımlanıb.
İcra hakimiyyətinin fövqəladə hallar departamenti sakinlərə bildirib ki, raket buraxılacağı təqdirdə nəinki “Twitter”də , həmçinin televiziya və digər mətbuat vasitələrində də yayımlanacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti