“L'Oréal”ın saç məhsulu xərçəng yaradır: 60 iddia qaldırıldı

   “L
  07 Fevral 2023    Oxunub:776
ABŞ-da İllinoys federal məhkəməsində “L'Oréal USA Inc” və digər şirkətlərə qarşı 60-a yaxın iddiaya baxılacaq. Həmin şirkətlərin saç düzləşdirici məhsullarında xərçəng və digər sağlamlıq problemlərinə səbəb olan maddələr aşkarlanıb.
Qeyd olunub ki, saçları daimi olaraq düzəltmək üçün istifadə edilən kosmetik məhsulların kimyəvi tərkibi ilə bağlı ABŞ-ın ən azı 57 federal məhkəməsində müvafiq iddia mövcuddur.
Vurğulanıb ki, şirkətlər (L'Oréal SA, Godrej SON Holdings Inc, Dabur International Ltd – Red) məhsullarının tərkibində təhlükəli maddələr olduğunu bilsələr də, buna baxmayaraq, onları satmağa davam ediblər.

İddialar Milli Sağlamlıq İnstitutunun oktyabr ayında dərc etdiyi araşdırmadan sonra qaldırılıb. Təhlillər göstərib ki, bu məhsullardan ildə bir neçə dəfə istifadə edən qadınların uşaqlıq yolu xərçənginə tutulma riski iki dəfədən çox artır.

AzVision.az


Teqlər:





Xəbər lenti