Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

   Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib
  06 Fevral 2023    Oxunub:710
Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə Azərbaycana təşəkkür edib.
Bu barədə səfirliyin tviter hesabında yazılıb. “Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstək və birliyə görə təşəkkür edirik”, - deyə yazıda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti