İrandakı səfirliyimizə terror hücumunun yeni görüntüləri yayıldı - VİDEO

   İrandakı səfirliyimizə terror hücumunun yeni görüntüləri yayıldı -  VİDEO
  06 Fevral 2023    Oxunub:2358
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının təfərrüatı məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-də keçirilən brifinqdə danışılıb.

Məlum olub ki, terrorçu səfirlik binasında yaşayan əməkdaşların ailə üzvlərinin mənzillərinə də atəş açıb. Onun məqsədi binadakı hər kəsi öldürmək olub.

Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağıyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.

Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.



AzVision.az


Teqlər:





Xəbər lenti