Bakının yağışlı havası

Bakının yağışlı havası
  10 Aprel 2013    Oxunub:1281
Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 10-dan 11-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, yağıntılar səhər tədricən kəsiləcək.

Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Aprelin 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Rayonlarda gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.


Teqlər:  





Xəbər lenti