Koçaryan siyasi meydandan çəkildiyini açıqladı

   Koçaryan siyasi meydandan çəkildiyini açıqladı
  24 Yanvar 2023    Oxunub:1363
Ermənistanın eks-prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Son bir ildə siyasi meydanda aktiv şəkildə görünməyən Qarabağ klanının əsas fiquru indi də ixtiyarında olan media orqanlarının pulunu kəsməklə gündəmə çevrilib.
Bununla bağlı "Hraparak" yazıb: “Robert Koçaryan və onun ailəsinin adı ilə bağlı olan media orqanlarında ixtisarlar olub. 2023-cü il həmkarlarımız üçün yaxşı başlamayıb. Öyrəndik ki, bu maliyyə problemləri xüsusən də "Yerevan Today" xəbər saytının əməkdaşlarına təsir edib". Qeyd edilir ki, rəhbərlik kollektivə fevralın 1-dən minimum ştatla işləyəcəklərini bildirib.

Koçaryan çirkli pulları ABŞ-a daşıyıb - Yeni malikanələr aşkarlandı
Həmçinin, maliyyə problemlərinə görə digər KİV-lərdə də ixtisarlar olacaq. Proses həm də siyasi kontekstdə baş verir. Çünki Robert Koçaryan komanda ilə soncu görüşü zamanı diqqət çəkən fikirlər səsləndirib. Nəşr yazır ki, hərbi cani siyasi arenada aktiv şəkildə görünməmək, passivləşmək qərarına gəldiyini açıqlayıb. Buna səbəb isə sağdan, soldan hər kəsin onu meydanı zəbt etməkdə günahlandırmasıdır. Yəni guya siyasi qüvvələr ona iradlar bildirirlər ki, Koçaryan ortada olmaqla yeni müxalifətin formalaşmasına imkan vermir.

Eks-prezident hətta media komandasına onu da deyib ki, “Siz bundan sonra ayrıca öz fəaliyyətinizi də təşkil edə bilərsiniz”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koçaryan   Ermənistan   Media  





Xəbər lenti